Вернуться назад Распечатать

“Təsdiqimizi almasa, uzun müddət hakimiyyətdə qalmayacaq”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın yeni seçiləcək Ali Lideri Ağ Evin razılığını almadan uzun müddət hakimiyyətdə qala bilməyəcək.

1xeber.media xəbər verir ki, o bu barədə “ABC News” telekanalına müsahibəsində deyib. 

“O bizim təsdiqimizi almalı olacaq. Əgər təsdiqimizi almasa, uzun müddət hakimiyyətdə qalmayacaq”, - deyə Tramp qeyd edib.