İsrail Ordusu (SAXAL) Beyrutda SEPAH-ın “Əl-Qüds” bölməsi ilə əlaqəli beş yüksək rütbəli komandirin məhv edildiyini açıqlayıb.
1xeber.media xəbər verir ki,bu barədə məlumatı İsrail Ordusunun mətbuat xidməti yayıb. Bildirilib ki, əməliyyat 8 mart gecəsi kəşfiyyat məlumatı əsasında həyata keçirilib. Məlumata görə, komandirlər Beyrutdakı hotellərdən birində görüş keçirirdilər.
Hücum nəticəsində “Əl-Qüds” bölməsinin üç əsas komandiri məhv edilib.
• Məcid Hüseyni – Livanda İran hakimiyyətinə bağlı strukturlara maliyyə vəsaitlərinin ötürülməsinə cavabdeh idi. O, “Hizbullah”, “Livan korpusu”, “Fələstin korpusu”, həmçinin HƏMAS və Livandan fəaliyyət göstərən digər qruplaşmaların maliyyələşdirilməsində mühüm rol oynayırdı.
• Əli Rza Biazər – kəşfiyyat şöbəsinin rəhbəri idi. O, kəşfiyyat araşdırmaları sahəsində ekspert hesab olunurdu və “Hizbullah” üçün məlumatların toplanması ilə məşğul olurdu.
• Əhməd Rəsuli – “Əl-Qüds” bölməsinin “Fələstin korpusu”nda kəşfiyyat fəaliyyətinə cavabdeh idi.
Bundan əlavə, zərbə nəticəsində daha iki şəxs də öldürülüb:
• Hüseyn Əhmədlu – İsrail barədə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan əməkdaş
• Əbu Məhəmməd Əli – “Fələstin korpusu”nda “Hizbullah”ın nümayəndəsi.