Вернуться назад Распечатать

“Molla Nəsrəddin evlənir” tamaşasının premyerası keçirildi

1xeber.media xəbər verir ki,Şuşa Dövlət Musiqili Dram Teatrında  dramaturq Xaqani Əliyevin eyni adlı əsəri əsasında hazırlanmış “Molla Nəsrəddin evlənir” adlı musiqili tamaşanın premyerası keçirildi.  8 mart- Beynəlxalq Qadınlar Bayramı münasibətilə oynanılan tamaşa tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Sevdiyi qızı yuxusunda görən Molla Nəsrəddini Əzrayıl oyadıb onu özü ilə o biri dünyaya aparmağa gəldiyini bildirir. Hələ də evlənmədiyini söyləyən Molla Nəsrəddinin hiyləsinə inanan Əzrayıl, evlənmək üçün ona üç gün vaxt verir.

Molla Nəsrəddinin qurduğu tora düşən Əzrayıl ona evlənmək üçün qız tapmaqda kömək edəcəyini söyləyir və qız axtarışına çıxırlar.

 
Maraqlı hadisələr də bundan sonra başlayır. Şən musiqilər və rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.