İran yenidən İordaniyada Bundesver düşərgəsini atəşə tutub.
1xeber.media xəbər verir ki,“Der Spiegel” jurnalının məlumatına görə, İordaniyada yerləşən Əl-Əzraq çoxmillətli aviabazasında Bundesverin səhra düşərgəsi yenidən İran tərəfindən raket atəşinə məruz qalıb.
Nəşrin yazdığına görə, 9 mart gecəsi baza istiqamətində İran tərəfindən bir neçə ballistik raket buraxılıb.
Bundesver hərbçilərinin hamısı artıq bomba sığınacaqlarında olduqları üçün xəsarət alan olmayıb.
Hələlik raketlərin düşərgəyə birbaşa dəyib-dəymədiyi və ya hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində yerə düşən qalıqlardan söhbət getdiyi məlum deyil.