Вернуться назад Распечатать

Xameneinin köməkçisi və mühafizəçisi öldürüldü

 İranın mərhum ali lideri Əli Xameneinin köməkçisi və mühafizəçisi öldürülüb.

1xeber.media İran mediasıma istinadla xəbər verir ki, İranın mərhum ali lideri Əli Xameneinin uzun illər mühafizəçilərindən biri olan Məhəmmədrza Səqfifar həlak olub. Mövcud məlumata görə, o, İran liderinin ofisinə edilən hücumun ilk günündə öldürülüb.

Səqfifar uzun illər mühafizə xidmətinin ən yaxın çevrəsinə daxil olub və lider aparatına bağlı etibarlı əməkdaşlardan biri hesab olunurdu.

Həmçinin bildirilir ki, həmin hücum zamanı təhlükəsizlik xidmətinin daha bir neçə əməkdaşı həlak olub və yaralanıb. Zərərçəkənlərin dəqiq sayı hələ açıqlanmır.