Вернуться назад Распечатать

İsrail İranda öldürülməsi planlaşdırılan şəxslərun siyahısını yaydı

İsrailin Netanyahuya yaxın olan 14-cü telekanalı İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını açıqlayıb.

1xeber.media bildirir ki, siyahıda aşağıdakı şəxslər yer alır:
 Müctəba Xamenei - İranın yeni lideri. 
Əli Laricani - İranın Təhlükəsizlik Şurasının sədri, faktiki olaraq ölkənin güc strukturlarına rəhbərlik edir.
 
Qolyamhosseyn Möhseni - Müctəba Xamenei öldürüləcəyi halda İranın ən ehtimal olunan ali lider namizədi.
 
Əli Abdollahi - İran Silahlı Qüvvələrinin birləşmiş döyüş komandanlığı olan “Xatəm əl-Ənbiya” qərargahının rəhbəri.
 Məhəmməd-Baqer Qalibaf - İran parlamentinin spikeri.
 Əhməd Vahidi - İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı.