ABŞ-da UNO üzrə əsas ekspertlərdən biri müəmmalı şəkildə yoxa çıxıb
1xeber.media bu barədə “The New York Post”-a istinadla xəbər verir.
Nəşr yazır ki, Uilyam Makkasland “ABŞ-ın ən məxfi sirlərindən bəzilərini öz yaddaşında saxlayan” şəxslərdən biri idi.
68 yaşlı ehtiyatda olan ABŞ Hərbi Hava Qüvvələri generalı 28 fevralda Nyu-Meksiko ştatının Albukerke şəhərindəki evindən çıxıb, telefonunu isə evdə qoyaraq itib.
Onun axtarışına FBI nümayəndələri də cəlb olunub.
Araşdırmaçı jurnalist Ross Kultxart bildirib ki, bu hadisə “milli təhlükəsizlik üçün ciddi böhran” yarada bilər.
Makkasland məxfi Rayt-Patterson aviabazasında yerləşən tədqiqat laboratoriyalarına rəhbərlik edib. Qəzetin yazdığına görə, bu baza kosmik silahların hazırlanması üzrə gizli proqramlar və həmçinin yadplanetlilərin müşahidəsi ilə bağlı mümkün hadisələr ilə əlaqələndirilir.