Вернуться назад Распечатать

Maskın SpaceX məxfi məlumatlarına girişinə icazə verilmədi

Amerikalı sahibkar İlon Maskın özünün SpaceX şirkətinin məxfi məlumatlarına çıxışı yoxdur.

1xeber.media xəbər verir ki, bu barədə dekabrın 15-də Wall Street Journal (WSJ) məlumat yayıb.

Jurnal yazır: “SpaceX-in ABŞ ordusu və kəşfiyyat orqanları üçün səmaya atdığı faydalı yüklər, ümumiyyətlə, dövlət sirri hesab olunur və yalnız raket şirkətinin seçilmiş əməkdaşları üçün əlçatandır”.

WSJ-nin məlumatına görə, SpaceX hüquqşünasları yüksək səviyyəli rəhbərliyi milyarderin narkotik istifadəsi və xarici vətəndaşlarla təmasları ilə bağlı hökumətin suallarından yayınması üçün onu həssas məlumatlardan uzaq tutmağa çağırıb.