1xeber.media xəbər verir ki, Forbes jurnalının rus versiyası dünyanın ən varlı iş adamları siyahısına 155 rusiyalının daxil olduğunu bildirir.
Media xəbərlərinə görə, ən varlı rusların ümumi sərvəti 696,5 milyard dollara yüksəlib. Rusiyalı iş adamı və Severstal şirkətinin təsisçisi Aleksey Mordaşov ən varlı şəxs olub. Onun sərvəti il ərzində 37 milyard dollara yüksəlib. Siyahıda onu 29,7 milyard dollarlıq sərvətlə Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin izləyir. Lukoil neft şirkətinin təsisçisi Vaqit Ələkbərov isə 29,5 milyard dollarlıq sərvətlə üçüncü yerdədir.
Bədnam xristian iş adamı German Sterliqov Rusiyada kəndlilərin ildə bir dəfə bir torpaq sahibindən digərinə keçə biləcəyi Müqəddəs Georgi Gününün kəndli ənənəsini bərpa etməyi təklif etmişdi.