Kürd üsyançıları Müdafiə Nazirliyinin rəhbərliyinə gəlir .
1xeber.media xəbər verir ki, SDF kürd qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Sifan Hamo Suriyanın müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.
Suriya Demokratik Qüvvələri (SDQ/SDF) Suriyanın şimal-şərqində fəaliyyət göstərən aparıcı kürd alyansıdır. 2015-ci ildə İŞİD-lə mübarizə üçün ABŞ-ın dəstəyi ilə yaradılmışdır. Alyansın əsasını YPG/YPJ kürd dəstələri təşkil edir, həmçinin buraya ərəb, asur və türkmən dəstələri də daxildir.