Pakistan Hərbi Dəniz Qüvvələri dünyada ilk dəfə olaraq aviadaşıyıcı və təchizat gəmilərini Hörmüz boğazı rayonundan Pakistan sahillərindəki təhlükəsiz sulara uğurla müşayiət etdiklərini bəyan edib.
1xeber.media xəbər verir ki,Pakistan mənbələrinin məlumatına görə, əməliyyat daşınan yüklərin, o cümlədən neftin qorunması məqsədilə həyata keçirilib. Bildirilir ki, bütün gəmilər təyinat məntəqəsinə sağ-salamat çatıb.