Вернуться назад Распечатать

Yüz minlərlə vətəndaşın bank hesabları bloklandı

İranda yüz minlərlə vətəndaşın bank hesablarının bloklanması nəticəsində əhali vəsaitlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

1xeber.media xəbər verir ki,İran sakinləri sosial şəbəkələrdə bu gün səhər saatlarında kütləvi şəkildə hesablarının dondurulduğunu bildiriblər. “Sepah” və “Melli” banklarının müştəriləri bloklanma barədə SMS bildirişlər alıblar. Hazırda bankların internet saytları və xidmət kanalları tamamilə sıradan çıxıb, şəxsi kabinetlərə daxil olmaq isə qeyri-mümkündür.
Rejim rəsmi olaraq bu vəziyyəti “şəbəkənin sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bankın rabitə kommutatorlarında aparılan texniki modernləşdirmə” amili ilə əsaslandırır.
Lakin ölkə vətəndaşları qeyd edirlər ki, “bu, rejimin öz varlığını qorumaq üçün birbaşa vətəndaşlardan müsadirə etdiyi nəhəng məbləğlərin dondurulmasıdır. Hakimiyyətdən yapışan öz hökuməti iranlıları qarət edir”