Вернуться назад Распечатать

İranla müharibə uzun sürəcək...

Əksər amerikalıların fikrincə, İranla müharibə uzun sürəcək.

1xeber.media xəbər verir ki,Amerikalıların 60%-i hesab edir ki, İranla münaqişə tezliklə başa çatmayacaq. Respondentlərin yalnız 36%-i hərbi kampaniyanın qısa müddətdə yekunlaşacağına əmindir. Bu barədə "Reuters" agentliyi və "Ipsos" beynəlxalq xidmətinin birgə keçirdiyi sorğunun nəticələri şəhadət verir.
Bundan əlavə, amerikalıların 67%-i Yaxın Şərqdəki müharibə səbəbindən yaxın aylarda benzin qiymətlərinin daha da artacağını gözləyir.
Sorğu 6-9 mart tarixləri arasında ABŞ-ın 1.021 sakini arasında keçirilib.