Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı araşdırma apardığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və tabeli qurumlarda maaş böhranı yaşanır.
1xeber.media xəbər verir ki, qurum fevralı ayının maaşıklarını hələ də ödəməyib.
Bu barədə Mia.az-a şikayətlənən işçilər bildirir ki, artıq mart ayının ilk ongünlüyü bitib, lakin hələ də əməkhaqqından söz açılmır: "Hələ də bizə maaşların nə vaxt ödəniləcəyi barədə bir söz deyilmir. Bunu gah qurumdakı yeni rəhbər dəyişikliyi, gah da Maliyyə Nazirliyinin yoxlaması ilə əlaqələndirənlər var. Ancaq dəqiq və konkret əsas və nə vaxt veriləcəyi haqda vaxt deyilmir".