Yaxın Şərqdəki münaqişə səbəbindən regionun turizm sektoru gündə 600 milyon dollara qədər vəsait itirir
1xeber.media xəbər verir ki,bu barədə The Financial Times nəşri Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatlarına istinadən yazır.
“Hətta qısamüddətli fasilələr bütün regiondakı turizm istiqamətləri, müəssisələr və işçilər üçün sürətlə əhəmiyyətli iqtisadi itkilərə səbəb ola bilər”, — deyə WTTC-nin sədri Qloriya Qevara qeyd edib.
Münaqişə başlamazdan əvvəl WTTC 2026-cı ildə xarici turistlərin Yaxın Şərqdə təxminən 207 milyard dollar xərcləyəcəyini proqnozlaşdırırdı.