1xeber.media xəbər verir ki,Bloomberg TV-yə müsahibəsində Pakistan Baş nazirinin mətbuat katibi Moşaraf Zaidi bildirib ki, İslamabadın Ər-Riyada dəstəyi qeyd-şərtsizdir və şəraitdən asılı deyil.
“Heç bir şübhə yoxdur ki, nə olursa olsun və nə vaxt olursa olsun, biz bunu edəcəyik. Hər iki ölkə, hətta müdafiə sazişi imzalanmazdan əvvəl də, həmişə qarşılıqlı dəstək prinsipi ilə hərəkət edib”, - Zaidi qeyd edib.