Trampın varidatı bir il ərzində 1,4 milyard dollar artaraq 6,5 milyard dollara çatıb — Forbes reytinqi
1xeber.media xəbər verir ki,jurnalın məlumatına görə, 2025-ci ildə Tramp dünyanın təxminən 3,4 min ən zəngin milyarderi arasında 700-cü yeri tuturdu, indi isə o, 645-ci pilləyə yüksəlib.
Qeyd olunur ki, Amerika liderinin sərvətindəki artım əsasən onun kripto sənayesindəki fəaliyyəti — tokenlərin satışı, bir vaxtlar tamamilə ona məxsus olan World Liberty Financial holdinq şirkətinin səhmlərinin satışı, həmçinin mülkiyyətində qalan paydan əldə edilən gəlirlərlə bağlıdır. Bundan əlavə, məhkəmə tərəfindən onun 517 milyon dollarlıq mülki cəriməsinin ləğv edilməsi də bu artımda mühüm rol oynayıb.