Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Bu barədə Azərbaycan Respublikasının Dubaydakı Baş konsulluğundan məlumat verilib.
Xəstəxanadan buraxılıan vətəndaş Baş konsulluq tərəfindən ailə üzvü ilə birlikdə hava limanına yola salıb.
Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.