Вернуться назад Распечатать

İran Hörmüz boğazından gəmilərin keçməsi üçün şərt irəli sürüb

1xeber.media xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri X sosial media səhifəsində bildirib ki, Hörmüz boğazından keçən hər hansı bir gəmi səlahiyyətlilərdən icazə almalıdır.

O yazıb: "Tranzit etmək niyyətində olan hər hansı bir gəmi İrandan icazə almalıdır".

Tənqsiri həmçinin gəmilərə Hörmüz boğazından keçmək üçün zəmanət verilib-verilməməsi ilə bağlı suala da cavab verib. O bildirib ki, bu sual 11 martda boş vədlərə güvənərək xəbərdarlıqları qulaqardına vuran və boğazdan keçməyə cəhd edən, lakin saxlanılan gəmilərin heyətlərindən soruşulmalıdır.

Daha əvvəl Xatəm əl-Ənbiya Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfəqari İranın ABŞ-a göndərilən bir litr neftin də Hörmüz boğazından keçməsinə icazə verməyəcəyinə söz verdiyini vəd etmişdi.