Вернуться назад Распечатать

İİKK ABŞ-ın bir neçə hədəfinə zərbələr endirdiyini açıqladı

1xeber.media xəbər verir ki, İranın "Fars" qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Telegram kanalına istinadən xəbər verir ki, İran Küveytdəki Arifcan bazası da daxil olmaqla, Yaxın Şərqdəki bir neçə ABŞ hərbi obyektinə raket hücumları həyata keçirib.

Bəyanatda deyilir: "Əsl Vəd 4 Əməliyyatının 37-ci mərhələsində İİKK quru qüvvələrinin raket bölməsi bölgədəki ABŞ bazalarına dörd raket atıb və Küveytdəki Arifcan bazasına iki raketlə zərbə endirib".

Daha əvvəl İİKK Küveytdəki ABŞ bazasına endirilən zərbə nəticəsində çoxsaylı ABŞ hərbçilərinin həlak olduğunu bildirmişdi. Döyüşlərdə 100-dən çox insan da yaralanıb.

Martın 10-da Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkyan Yaxın Şərqdəki hadisələri və Tehranla Moskva arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Kreml Rusiya prezidentinin münaqişənin tez bir zamanda deeskalasiyasının lehinə prinsipial mövqeyini bir daha təsdiqlədiyini vurğulayıb.