Вернуться назад Распечатать

Bu məktəbin direktoru vəzifəsindən azad edildi

Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub.

1xeber.media xəbər verir ki, Mehriban Mahmudovanın direktor kimi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bitib.

O, direktor işlədiyi müddətdə töhmət aldığı üçün müqavilə yenilənməyib.

Direktor vəzifəsinin müvəqqəti icrası isə müavinə həvalə edilib.