1xeber.media xəbər verir ki,N12 telekanalının məlumatına görə, İsrail Livan hökumətinə “Hizbullah”la bağlı ultimatum verib.
İsrail Livan hökumətindən “Hizbullah” qruplaşmasını cilovlamağı tələb edən ultimatum göndərib. İsrailin N12 telekanalı xəbər verir ki, əgər Livan hakimiyyəti qruplaşmanın fəaliyyətinə nəzarəti təmin edə bilməsə, İsrail bu ölkənin milli infrastruktur obyektlərinə zərbələr endirməyə başlayacaq.
İsrailli yüksək rütbəli mənbə bildirib ki, ölkə rəhbərliyində Livan ərazisində hərbi əməliyyatların əhəmiyyətli dərəcədə genişləndirilməsi imkanları nəzərdən keçirilir.
Onun sözlərinə görə, quru əməliyyatı da daxil olmaqla müxtəlif variantlar müzakirə edilir və İsrail hər bir ssenariyə hazırlaşır. Qüdsdə hesab edirlər ki, Livan hakimiyyəti “Hizbullah”ı dayandırmaq iqtidarında deyil.
“Hizbullah” bizi İrana qarşı təzyiqi azaltmağa məcbur etməyə çalışır. Bu, baş verməyəcək - İsrail eyni vaxtda iki cəbhədə fəaliyyət göstərmək gücündədir”, - deyə mənbə bildirib.