Ramzan Kadırov ilk dəfə İrandakı müharibəni şərh edib.
1xeber.media xəbər verir ki,Çeçenistan rəhbəri bildirib ki, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi dövlət və İsrail “müqəddəs Ramazan ayında İrana qarşı xaincəsinə hücum edərək bütün islam dünyasına nifaq salmağa çalışıblar”.
Kadırov İranın Amerika bazalarına endirdiyi zərbəni “düşmənə verilən gözlənilən cavab” adlandırıb:
“Lakin aydın şəkildə anlamaq lazımdır: mülki infrastruktura endirilən zərbələr və dinc əhalinin həlak olmasına heç bir şəkildə bəraət qazandırıla bilməz. Yaxın Şərq vətəndaşları, o cümlədən BƏƏ sakinləri bu hadisələrdən zərər çəkib”.