İsrail Ordusu (SAXAL) Hərbi Hava Qüvvələrinə məxsus “Hermes-900” silahlı pilotsuz uçuş aparatları Tehranın girişlərində və paytaxtın daxilində “Bəsic” və SEPAH üzvləri tərəfindən qurulmuş nəzarət-buraxılış məntəqələrinə zərbələr endirir.
1xeber.media xəbər verir ki,İranın dövlət mediasının yaydığı məlumata görə, Tehranın dörd rayonundakı postlar hücuma məruz qalıb, “təhlükəsizlik keşikçiləri” arasında ölənlər var. Təsdiqlənməmiş mənbələr isə on nəfərin öldürüldüyünü bildirir.