1xeber.media “Axios” -a istinadla xəbər verir ki, İran əleyhinə əməliyyat başlayandan sonra ABŞ üçün Rusiya neftinə qarşı sanksiyaları saxlamaq daha çətinləşib.
Məlumata görə, Vaşinqton enerji bazarındakı riskləri nəzərə alaraq Rusiya neftinə qarşı təzyiq siyasətini əvvəlki kimi sərt şəkildə davam etdirməkdə çətinliklə üzləşir.
Kornell Universitetinin professoru Malder bildirib ki, mövcud vəziyyət ABŞ-ın iqtisadi siyasətinə birbaşa təsir edir.
Onun sözlərinə görə: “İranın iqtisadi silahından qorunmaq məqsədilə ABŞ Rusiyaya qarşı tətbiq etdiyi öz iqtisadi silahının təsirini zəiflədir”.