Вернуться назад Распечатать

“Hizbullah” və İranın İsrailə qarşı birgə hücumu nəticəsində beş nəfər yaralanıb

“Hizbullah” və İranın İsrailə qarşı birgə hücumu nəticəsində beş nəfər yaralanıb.

1xeber.media “Jerusalem Post”-a istinadla xəbər verir ki, martın 11-i axşam saatlarında “Hizbullah” İsrailin şimalına doğru bir kütləvi zərbə zamanı 100-dən çox raket buraxıb.
Bu məlumatı təhlükəsizlik xidmətlərindəki mənbə də təsdiqləyib.
“İsrael Təcili Yardım” təşkilatının açıqlamasına əsasən, Yuxarı Qalileyada yaşayış binasına raketin birbaşa düşməsi nəticəsində beş nəfər yaralanıb.
Yaralananlardan dörd nəfərin şok vəziyyətində olduğu bildirilir.
 Xidmətdən verilən məlumata görə, İsrailin şimalında bir sıra obyektlərə raket və qəlpə düşməsi halları da qeydə alınıb.
 Bundan əlavə, raketlərin düşməsi nəticəsində bölgədəki meşədə yanğın baş verdiyi barədə məlumatlar daxil olub.