Вернуться назад Распечатать

İsrailli məskunlaşanlar İordan çayının Qərb sahilində Vadi-Sair bölgəsində yolları bağlayıblar

İsrailli məskunlaşanlar İordan çayının Qərb sahilində Vadi-Sair bölgəsində yolları bağlayıblar.

1xeber.media xəbər verir ki,söhbət Beytləhm və Xevron şəhərləri arasında yerləşən ərazidən gedir.
Məlumata görə, bu addım uzunmüddətli strategiyanın bir hissəsi hesab olunur. Məqsəd fələstinlilərin hərəkətini mümkün qədər çətinləşdirmək və onların müəyyən ərazilərdən - xüsusilə otlaqlardan, zeytun bağlarından və kənd təsərrüfatı torpaqlarından - daha az istifadə etməsinə nail olmaqdır.