Malayziyalı dənizçi Hörmüz boğazında yanan gəminin fonunda selfi çəkib.
1xeber.media xəbər verir ki,media və monitorinq xidmətlərinin məlumatına görə, martın 11-də Hörmüz boğazında üç gəmi hücuma məruz qalıb.
Onlardan biri Tayland bayrağı altında üzən “Mayuree Naree” quru yük gəmisidir. Gəmi boğazdan keçərkən “mənşəyi məlum olmayan iki mərmi” ilə vurulub. Nəticədə gəmidə yanğın başlayıb, maşın bölməsinə ziyan dəyib. Heyətin üç üzvü itkin düşüb, qalan 20 nəfər isə təxliyə edilib.
Digər bir gəmi - Yaponiya bayrağı altında üzən “ONE Majesty” konteyner gəmisi isə Fars körfəzində lövbərdə olarkən hücum nəticəsində zədələnib.
Çərşənbə günü vurulan üçüncü gəmi Marşall adalarının bayrağı altında hərəkət edən “Star Gwyneth” quru yük gəmisidir. Gəminin gövdəsi Dubaydan 50 mil aralıda zədələnib.