Вернуться назад Распечатать

Azərbaycanla sülh istəməyən qüvvələr var”- Paşinyan açıqladı

“Azərbaycanla sülh istəməyən qüvvələr var” - Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edib.

“Artıq demişəm və bir daha təkrar edirəm: ardıcıl, təmkinli diplomatik iş aparılır. Sülh sazişinin imzalanacağına şübhəm yoxdur. Bu nə vaxt baş verəcək - apreldə, mayda, iyunda, yoxsa sentyabrda, bu artıq başqa məsələdir, amma o, mütləq imzalanacaq.
Bu gün biz sülhdən danışırıq. Sülh istəməyən və vəziyyəti geriyə qaytarmağa çalışacaq qüvvələr var. Biz, Ermənistan vətəndaşları olaraq, bərqərar olunmuş sülhün müdafiəsinə qalxmalı və onu dönməz etməliyik. Kommunikasiyalara gəlincə, biz irəli gedirik və çox fəal işləyirik. Bir daha təsdiq etmək istəyirəm: Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan ərazisi vasitəsilə əlaqəni təmin etməyə hazırıq”, - deyə baş nazir vurğulayıb.
Ermənistanda keçiriləcək parlament seçkiləri zamanı seçki prosesinə kənar qüvvələrin mümkün müdaxiləsi barədə kəşfiyyat məlumatlarını şərh edən Paşinyan bildirib ki, buna hüquqi qiymət verilməlidir.
“Siyasi nöqteyi-nəzərdən, əgər nəzəri olaraq belə bir vəziyyət yaranarsa, Rusiyada yaşayan soydaşlarımızın böyük hissəsi bizə səs verəcək. Buna heç bir şübhə yoxdur”, - deyə o qeyd edib.