İranda bir sıra kürd silahlı təşkilatları, o cümlədən terrorçu PJAK və Komala, birgə fəaliyyət imkanlarını və yeni ittifaqın yaradılmasını müzakirə edirlər . 1xeber.media xəbər verir ki,bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.
Nəşrin məlumatına görə, birliyin nümayəndələri dron və raket zərbələri təhlükəsini əsas gətirərək, ABŞ və İsrailə “uçuşa qadağan olunmuş zona” yaradılması təklifi ilə müraciət ediblər.
Kürd siyasi qüvvələri koalisiyasının lideri Xalid Əzizi birliyin siyasi və hərbi addımlara hazır olduğunu bəyan edib, lakin Komala rəhbəri Rza Kaabinin sözlərinə görə, əməliyyatlar yalnız xarici müdafiə olduğu təqdirdə mümkündür.
Bu cür təşəbbüslər regiondakı qüvvələr nisbətinə təsir göstərə bilər və Türk dünyası ölkələrində narahatlıq doğuran amil kimi çıxış edir.