12 mart səhər saatlarında İranın mərkəzi hissəsində yerləşən Ərak şəhərindəki altı istehsal kompleksi ABŞ və İsrailin hava zərbələrinə məruz qalıb.
1xeber.media xəbər verir ki,bu barədə Mərkəzi (Mərkəzi ostan) əyalətinin qubernator müavini Həsən Qəməri məlumat verib.
"Ərakın sənaye bölgəsində altı istehsal kompleksi hava zərbələrinə (ABŞ və İsrailin – red.) məruz qalıb, həmçinin yaxınlıqda yerləşən bir sıra sexlərə ziyan dəyib", - deyə "Mehr" agentliyi onun sözlərini sitat gətirib.
Qəməri qeyd edib ki, zərbə nəticəsində yeddi nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.