İranın İraqın ərazi sularında hücum etdiyi neft tankerlərindən birinin heyəti Gürcüstan vətəndaşlarından ibarətdir.
1xeber.media xəbər verir ki,ABŞ-ın “VISHNU OCEAN CARRIERS LTD” şirkətinə məxsus “Zefiros” tankerinin kapitanı “Azadlıq Radiosu”nun gürcü xidmətinə bildirib ki, gəmi əvvəlcə daxilində partlayıcı qurğu olan məsafədən idarə edilən sürətli qayıqla hücuma məruz qalıb.
Daha sonra tanker kamikadze dronlarla hədəf alınıb. Tankerin 23 heyət üzvünün hamısı Gürcüstan vətəndaşıdır və verilən məlumata görə, onlar xəsarət almayıblar.
Heyət üzvlərindən biri həyat yoldaşı ilə telefon danışığı zamanı hücuma məruz qalan digər tankerin heyət üzvlərinin həlak olduğunu bildirib.
Malta bayrağı altında üzən “Zefiros” gəmisinin, ehtimal ki, İran yanacağı daşıdığı qeyd olunur.