Norveçdə ABŞ səfirliyi yaxınlığındakı partlayış işi ilə bağlı üç qardaş saxlanılıb.
1xeber.media xəbər verir ki,polisdən verilən məlumata görə, saxlanılan şəxslər İraq mənşəli Norveç vətəndaşlarıdır.
Qardaşlar terror aktı törətməkdə şübhəli bilinirlər. İstintaq hesab edir ki, onlar insanları öldürmək və ya əhəmiyyətli zərər vurmaq məqsədilə güclü partlayıcı qurğunu işə salıblar.