Вернуться назад Распечатать

Ramazan ayı münasibəti ilə Xəzər rayonunda iftar süfrələri təşkil olunub

  Xəzər rayonunun Buzovna və Mərdəkan qəsəbələrində Ramazan ayı münasibətilə iftar süfrələri təşkil olunub.
 

1xeber.media xəbər verir ki,keçirilən iftar mərasimlərində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH-in əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təşkil edilən iftar süfrələri ölkəmizdə qorunan milli-mənəvi həmrəyliyin, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyinin təcəssümüdür. 
    İftar mərasimlərində din xadimləri tərəfindən ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.