Вернуться назад Распечатать

İkinci dəfə ölkə birincisi oldu

Magistraturada ölkə birincisi Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.

1xeber.media xəbər verir ki, esse nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elvina Əliyeva 100 baldan 96 bal toplayaraq Azərbaycan birincisi olub. 

Elvina bundan əvvəlki imtahanın essesiz mərhələsində də 91 balla ölkə birincisi olmuşdu. 

Qedy edək ki, Elvina 5 il öncə BANM-a 689,6 bal toplayaraq qəbul olub və Prezident təqaüdçüsüdür.