1xeber.media xəbər verir ki, İranın yeni Ali Lideri Müctəba Xamenei Yaxın Şərq ölkələrini Amerika bazalarını bağlamağa çağırdı.
Ayətullah müraciətdə bildirib ki, "bölgədəki bütün Amerika bazaları dərhal bağlanmalıdır və bu bazalara hücum ediləcək".
Xamenei qeyd edib ki, İran qonşu dövlətlərlə yaxşı münasibətlərin saxlanmasına inanır və yalnız onların ərazisində yerləşən Amerika hərbi bazalarına zərbə endirmək niyyətindədir. O, həmçinin İranın bu obyektlərə hücum etməyə davam etməyə məcbur olduğunu bildirib.
Xamenei daha əvvəl vəzifəyə başladıqdan sonra xalqa ilk müraciətini edib.