Saudi Aramco İran hücumlarından qorunmaq üçün Ukrayna istehsalı dron-interseptorlar almaq barədə danışıqlar aparır.
1xeber.media xəbər verir ki, The Wall Street Journal yazır ki, Səudiyyə Ərəbistanının neft nəhəngi Saudi Aramco ən azı iki Ukrayna şirkəti ilə danışıqlar aparır.
Məqsəd İranın neft yataqlarına yönələ biləcək hücumlarından müdafiə üçün dron-interseptorların alınmasıdır.
Mənbələrin məlumatına görə, şirkət bu texnologiyanı əldə etməkdə tələsir və bu sahədə hətta öz hökumətini və regiondakı rəqiblərini, o cümlədən
Qətəri qabaqlamağa çalışır.
SkyFall və Wild Hornets şirkətləri ilə aparılan danışıqlar dron-interseptorların alınmasına aiddir.
digər pilotsuz aparatlara çırpılaraq onları məhv edə bilir;
və ya onların yaxınlığında partlayaraq hədəfi sıradan çıxarır.
Bundan əlavə, Səudiyyə rəsmiləri Ukraynanın Phantom Defense şirkəti ilə də danışıqlar aparıblar.
Bu şirkət dronların rabitəsini sıradan çıxarmaq üçün nəzərdə tutulan radioelektron mübarizə sistemləri istehsal edir.