Вернуться назад Распечатать

İran yaralı heyvandır və yaralı yırtıcıdan daha təhlükəlisi yoxdur...

İran yaralı heyvandır və yaralı yırtıcıdan daha təhlükəlisi yoxdur, - Aviqdor Liberman bildirib.

1eber.media xəbər verir ki,İsrailin sabiq müdafiə naziri Aviqdor Liberman hökuməti hazırkı müharibədə aydın məqsədlər müəyyən etməyə çağırıb. Onun sözlərinə görə, əsas hədəflər İranda rejimin devrilməsi və “Hizbullah”ın tam məhv edilməsidir.
Liberman hesab edir ki, hazırda bu məqsədlərə nail olmaq üçün əlverişli şərait yaranıb.
O bildirib:
“Əgər biz bu iki məqsədə nail olmasaq, iki il yarım davam edən qanlı döyüşlərdən sonra - minlərlə israillinin və əsgərimizin həyatını itirdiyi, on minlərlə insanın fiziki və psixoloji yaralandığı bu müharibədən sonra - bütün cəbhələr açıq qalacaq”.
Onun sözlərinə görə, İsrail eyni vaxtda HƏMAS, İran, “Hizbullah” və husilərlə qarşıdurma vəziyyətində qalacaq. Bundan əlavə, Yəhudeya və Samariyada vəziyyət də partlayış həddində qalacaq.
Liberman xatırladıb ki, “Xalq şir kimidir” hərbi əməliyyatından sonra da İranı “yaralı heyvan” adlandıraraq xəbərdarlıq etmişdi.
“Yaralı yırtıcıdan daha təhlükəli heç nə yoxdur”.
Onun fikrincə, İsrailin düşmənləri bundan sonra yalnız İsraildən qisas almaq üçün uyğun anı gözləyəcəklər.
 Liberman vurğulayıb:
“Ona görə də biz dərhal “Hizbullah”ı məhv etməli və ayətullahların hakimiyyətini devirməliyik. Əks halda bu, ciddi strateji səhv olacaq və bir çox nəsillər üçün yeni fəlakətlərin səbəbinə çevriləcək”.