Вернуться назад Распечатать

İran zənginləşdirilmiş uranı “Külüng dağı” adlanan supermöhkəm yeraltı obyektə köçürüb

ABŞ kəşfiyyatı hesab edir ki, İran zənginləşdirilmiş uranı “Külüng dağı” adlanan supermöhkəm yeraltı obyektə köçürüb.

1xeber.media xəbər verir ki,Fox Newsun məlumatına görə, Tehran 60%-ə qədər zənginləşdirilmiş təxminən 440 kq uranı İranın mərkəzində yerləşən “Kuhe Kolang” (“Külüng dağı”) adlı yeraltı kompleksə yerləşdirib.
Bu obyekt Natanz nüvə mərkəzindən təxminən 1,5 km cənubda yerləşir və 100 metrədək qalınlıqda qranit qaya altında qurulub. Ekspertlərin fikrincə, buna görə kompleks ABŞ-ın mövcud bunkerdağıdan bombaları üçün demək olar ki, əlçatmazdır.
Vəziyyəti daha da gərginləşdirən məqamlardan biri İranın beynəlxalq müfəttişlərin sorğularına reaksiyasıdır.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbəri obyektlə bağlı məlumat istədikdə, Tehran belə cavab verib:
“Bu sizin işiniz deyil”.
Ekspertlər xəbərdarlıq edir ki, belə bir kompleksin zərərsizləşdirilməsi üçün xüsusi təyinatlı qüvvələrin yerüstü əməliyyatı tələb oluna bilər və bu da münaqişənin miqyasını daha da böyüdə bilər.