İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani Pentaqon rəhbəri Pit Heqsetə Epşteyn adasını xatırlatdı.
1xeber.media xəbər verir ki, o, bu barədə X sosial media səhifəsində açıqlama verib.
"Cənab Heqset! Liderlərimiz xalqın liderləri olub və qalırlar. Bəs sizin liderləriniz? Epşteyn adasında!" deyə o yazıb.
Xəbər verildiyi kimi, o, Heqsetin İran liderlərinin yeraltı sığınacaqlarda siçovullar kimi gizlənməsi ilə bağlı sözlərinə cavab verib.
Daha əvvəl Heqset ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqə əlavə dəniz piyadaları bölmələri yerləşdirmək istəyini təsdiqləyib. Məlumata görə, CENTCOM bölgəyə amfibiya qrupu və ekspedisiya bölməsi göndərmək istəyib.