Вернуться назад Распечатать

Tramp Ukrayna münaqişəsinin həllində “az irəliləyiş” olduğunu açıqlayıb

1xeber.media xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bazar ertəsi, dekabrın 16-da deyib ki, o, Ukrayna münaqişəsinə son qoymaq üçün çox çalışır və artıq “bir az irəliləyiş” əldə edib.

“Biz Ukraynadakı münaqişiəni dayandırmağa çalışırıq.

 Biz bir az irəliləyiş əldə edirik”, – Tramp Floridadakı Mar-a-Laqo malikanəsində çıxış edərkən deyib.

Respublikaçı onu da əlavə edib ki, onun komandası Yaxın Şərqdə girovların qaytarılması prosesinə fəal kömək edir.