Вернуться назад Распечатать

İran bəzi gəmilərin Hörmüz boğazından keçməsinə icazə verdi

İran bəzi Hindistan gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyinin nümayəndəsi Raceş Kumar Sinxa brifinqdə bildirib.

Nümayəndənin sözlərinə görə, bu gəmilər təxminən 92,7 min ton maye qaz daşıyır; onların Mundra və Kandla təyinat limanlarına müvafiq olaraq 16 və 17 mart tarixlərində çatacağı gözlənilir.