Вернуться назад Распечатать

İranda 56 nəfər casusluq ittihamı ilə saxlanıldı - YENİLƏNİB

İranda son 72 saat ərzində aparılan əməliyyatlarda rejim əleyhdarı olan 54 şəxs saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə İran KİV yazıb. 

Həmçinin bildirilib ki, İsrail və ABŞ üçün əsas hədəflərin coğrafi yerlərini kəşfiyyat xidmətlərinə, əsasən İsrail kəşfiyyat agentliyi MOSSAD-a göndərməkdə və qadağan olunmuş ərazilərdə şəkil çəkərək İran əleyhinə media orqanlarına göndərməkdə ittiham olunan iki nəfər casusluq ittihamı ilə saxlanılıb.

***09:40

İran hakimiyyəti Kerman əyalətində ABŞ və İsraillə əlaqədə şübhəli bilinən 14 şəxsin həbs olunduğunu açıqlayıb.

1xeber.media xəbər verir ki,  bu barədə İran KİV-ləri yazır. 

Məlumata görə, saxlanılan şəxslər "iğtişaşlar təşkil etmək və təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərlə məşğul olmaq niyyətində olublar".