Вернуться назад Распечатать

Avropa ölkəsinin baş naziri Rusiya ilə danışıqlara çağırdı

Belçika Baş naziri Bart de Vever Avropa Birliyini (AB) Ukraynadakı nizamlama ilə bağlı Rusiya ilə danışıqlar aparmağa çağırdı.

1xeber.media xəbər verir ki, o, bunu Belçikanın "L'Echo" qəzetinə verdiyi müsahibədə bildirib.

"Rusiya ilə razılaşma yeganə mümkün həll yolu kimi görünür", - deyə siyasətçi bildirib.

O, Avropanın ABŞ-ın iştirakı olmadan Ukraynanı sonsuza qədər dəstəkləyə və ona silah verə bilməyəcəyini vurğulayıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa ölkələrini münaqişələrin həlli danışıqlarına cəlb etmək cəhdlərinin uğursuzluğu, ilk növbədə, Aİ-nin Rusiya ilə birbaşa dialoqu rədd edən birtərəfli mövqeyindən irəli gəlir.