Вернуться назад Распечатать

Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

1xeber.media xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda belaruslu İllia Valeuskiyə qalib gəlib. O, bununla da adını finala yazdırıb.

U-23 Avropa çempionatı martın 15-də başa çatacaq.