Вернуться назад Распечатать

"Qarabağ" "Zirə"ni məğlub etdi - VİDEO (YENİLƏNİR)

Misli Premyer Liqasında XXIV turun oyunları davam edir.

1xeber.media xəbər verir ki, günün son matçı Zirədə keçirilib.

"Zirə" öz meydanında "Qarabağ"ı qəbul edib. Görüş ağdamlıların üstünlüyü ilə keçib. Matçda 4 qol vurulub. Qonaqlar 3:1 hesablı qələbəyə sevinib.

Misli Premyer Liqası
XXIV tur

19:15. "Zirə" – "Qarabağ" 1:3

Qollar: Ceyhun Nuriyev, 70 - Joni Montiel, 22, Kamilo Duran, 55, Kadi Borqes, 72
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu

***

Misli Premyer Liqasında 24-cü tur davam edir. 

1xeber.media Qol.az-a istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq yekunlaşıb.

Əvvəlcə “İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib. 

Günün ikinci matçıdan isə “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edir. Hazırda Ağdam klubu 49 xalla ikinci, Rəşad Sadıqovun komandası isə 39 xalla dördüncüdür. Bu komandaların ilk iki dövrədəki oyunları heç-heçə - 1:1 hesabı ilə yekunlaşıb. 

14 mart (şənbə)

19:15. “Zirə” - “Qarabağ” - 0:2 (İkinci hissə)

Qol: Joni Montiel, 22, Kamilo Duran, 55
Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Emin Əliyev

Zirə İdman Kompleksinin stadionu

15:00. “İmişli” - “Sabah” - 0:5

Qollar: Stiv Solvet, 11 (0:1), Coy Lens Mikels, 15-pen. (0:2), 35 (0:3), Kahim Parris, 49 (0:4), Aleksey İsayev, 71-pen. (0:5)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu

15 mart (bazar)

15:00. “Kəpəz” - “Turan Tovuz”

18:00. “Qəbələ” - “Neftçi”

13 mart (cümə)

“Sumqayıt” - “Şamaxı” - 0:1 

“Araz-Naxçıvan” - “Karvan-Yevlax” - 2:1 

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 14 qol

Bassalu Sambu ("Neftçi") - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

***17:26

Misli Premyer Liqasında 24-cü turun növbəti qarşılaşması baş tutub.

1xeber.media xəbər verir ki, günün ilk matçında “İmişli” Qubada “Sabah”ı qəbul edib.

Qarşılaşma Masazır təmsilçisinin 5:0 hesablı böyük qələbəsi ilə başa çatıb.

“Sabah”ın heyətində Stiv Solvet (11), Coy Lens Mikels (15-pen, 35), Kahim Parris (49) və Aleksey İsayev (71-pen) fərqləniblər. Hazırda 59 xalla turnir cədvəlinə liderlik edən “Sabah”dan fərqli olaraq, bölgə təmsilçisi 22 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, bu qələbə ilə “Sabah” liderlik mövqeyini daha da möhkəmləndirib.