Вернуться назад Распечатать

Şeyx Həsən Qandur öldürüldü

"Hizbullah"un ruhani liderlərindən biri olan Şeyx Həsən Qandurun Livanın cənubundakı Nəbatiyə əl-Fövqa şəhərində yerləşən evinə İsrailin endirdiyi hava zərbəsi nəticəsində həlak olduğu bildirilir.

1xeber.media xəbər verir ki,Livan mediasının məlumatına görə, hücum martın 12-də həyata keçirilib və o, aldığı ağır yaralardan sonra vəfat edib.
Həsən Qandur təkcə dini fiqur deyil, həm də Livandakı şiə icmaları və qurumları ilə sıx əlaqələrə malik şəxs idi. O, Nəbatiyə əl-Fövqa şəhərinin imamı vəzifəsini tutur, "Amal" hərəkatının mədəniyyət bürosunda dini alimlər şöbəsinə rəhbərlik edirdi. Şeyx həmçinin dini seminariyada dərs deyirdi.