Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar kubokunda final matçına çıxıb.
1xeber.media xəbər verir ki, yarımfinalda ABŞ millisinə 22:20 hesabı ilə qalib gələn komanda həlledi görüşdə Niderland yığması ilə qarşılaşıb. Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb.
Beləlilkə, Azərbaycan millisi turnirin gümüş medalarını qazanıb.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
XXX
11:55
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.
1xeber.media xəbər verir ki, yarımfinalda ABŞ millisi ilə qarşılaşan komanda 22:20 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi finalda Niderland yığması ilə qarşılaşacaq. Fİnal görüşü Bakı vaxtı ilə saat 14:05-da başlayacaq.