ABŞ ilə dron istehsalına dair müqavilə bağlamaq istərdik, lakin sənəd hələ imzalanmayıb.
1xeber.media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Prezident Trampla heç bir sənəd imzalamamışıq. Niyə belə olduğuna dair cavabım yoxdur. Bu, sonradan baş verə bilər, amma əmin deyiləm", - deyə Prezident qeyd edib.
Zelenski amerikalıların həmişə Ukrayna dronlarına maraq göstərdiyini vurğulayaraq deyib: “Mən heç vaxt eşitməmişəm ki, ABŞ maraqlı deyil. Mən əksini eşitmişəm: ABŞ çox maraqlıdır”.
Volodimir Zelenski əlavə edib ki, ABŞ-yə təxminən 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib.
Dövlət başçısı, həmçinin xatırladıb ki, Ukrayna artıq üç ölkə - Danimarka, Böyük Britaniya və Almaniya ilə birgə silah istehsalına uğurla başlayıb.