Вернуться назад Распечатать

Qazaxıstanda referendum baş tutdu - YENİLƏNİB

Saat 20:00-a olan məlumata görə, Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı ümumxalq referendumunda seçici fəallığı 73,24% və ya 9.126.850 vətəndaş təşkil edib. Səsvermə başa çatıb və məntəqə komissiyaları səsləri saymağa başlayıb.

1xeber.media Mərkəzi Referendum Komissiyasına istinadən xəbər verir ki, qanuna görə, səslərin sayılması müddəti on iki saatdan çox olmamalıdır. İlkin nəticələr Mərkəzi Referendum Komissiyası tərəfindən elan ediləcək.

Səsvermə “Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?" sualı ilə keçirilib. Referendum iştirakçılarının siyahılarına ümumilikdə 12.461.796 vətəndaş daxil edilib.

*** 13:26

Qazaxıstanda referendum baş tutub.

1xeber.media xəbər verir ki, Qazaxıstanda yeni konstitusiya ilə əlaqədar üzrə keçirilən referendumda saat 14:00-a olan məlumata görə seçici fəallığı 51,93% təşkil edib.

Beləliklə, qanunvericiliyə əsasən, bununla da referendum baş tutub.

XXX

09:46

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb.

1xeber.media xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək.

Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb.

Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb.

Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.